Ceyhan terminalından neft nəqli azalıb
6 Yanvar 2021 14:37 EnergetikaCeyhan terminalından 2006-cı ilin mayından 2020-ci ilin sonunadək 3,571 milyard barel neft nəql edilib.
Olaylar.az məlumat verir.
Həmin dövr ərzində terminaldan 4 659 tanker yola salınıb.
Qeyd edək ki, 2020-ci ildə Ceyhan terminalı vasitəsilə 278 tankerlə 210,7 milyon barel neft daşınıb. Bu göstərici 2019-cu illə müqayisədə (231,1 milyon barel) azalıb.
Ötən il daha çox nəql apreldə (21,3 milyon barel), ən az nəql isə noyabrda (15,3 milyon barel) qeydə alınıb.(trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31