Düşmənin telekommunikasiya infrastrukturuna vurduğu ziyan aradan qaldırılır
Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrimizi intensiv şəkildə raket və ağır artilleriya atəşinə tutmaqda davam edir. Nəticədə Füzuli, Ağdam, Tərtər, Goranboy, Ağcabədi rayonlarının və cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərinin telekommunikasiya təsərrüfatına da ziyan dəyib.
3 Noyabr 2020 11:52 EnergetikaMəlum olduğu kimi, Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrimizi intensiv şəkildə raket və ağır artilleriya atəşinə tutmaqda davam edir. Nəticədə Füzuli, Ağdam, Tərtər, Goranboy, Ağcabədi rayonlarının və cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərinin telekommunikasiya təsərrüfatına da ziyan dəyib.
"OLAYLAR"-a ş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən xəbərə görə, baş vermiş zədələnmələrin qısa vaxtda aradan qaldırılması, xidmətin verilməsinin dayanıqlığının təmin edilməsi məqsədilə nazirliyin "Aztelekom" MMC-nin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
Döyüş bölgəsində çalışan əməkdaşların təhlükəsizliyi üçün zəruri tədbirlər həyata keçirilir. Düşmənin təxribatları nəticəsində baş verə biləcək bütün zədələnmələrin qarşısını vaxtında almaq üçün "Aztelekom" tərəfindən telekommunikasiya üzrə vəziyyətə nəzarət gücləndirilib.