FHN Şimal Elektrik Stansiyasındakı yanğınla bağlı məlumat yaydı
13 Noyabr 2018 18:32 EnergetikaFövqəladə Hallar Nazirliyi (FHN) Şimal Elektrik Stansiyasındakı yanğınla bağlı məlumat yayıb. "Olaylar" xəbər verir ki, bu haqda FHN-dən bildirilib. Məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsində yerləşən Şimal Elektrik Stansiyasının ərazisində ehtiyatda olan transformatorda yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri qeyd olunan ünvana cəlb olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31