Azərbaycanlı yazıçı Türkiyədəki kitab sərgisində oxucularla görüşüb
16:34 ƏdəbiyyatOlaylar.az xəbər verir ki, bestseller kitablar müəllifi Rövşən Abdullaoğlu Türkiyənin ən böyük kitab tədbirlərindən biri olan TÜYAP Kitab Sərgisi çərçivəsində oxucularla görüşüb. İmza günü "Ailə" Nəşriyyatı tərəfindən təşkil olunub və böyük maraqla qarşılanıb.
Sərgidə müəllifin "Bu şəhərdə kimsə yoxdur", "Relslər üzərinə uzanmış adam" və "Çətin olsa da, həyat davam edir" kitabları yer alıb. Qeyd edək ki, "Çətin olsa da, həyat davam edir" kitabı 3 min nüsxədən ibarət ilk nəşrindən qısa müddət sonra növbəti nəşrinə hazırlanır. Ümumilikdə isə, bu, kitabın beşinci nəşridir; kitab bundan öncə fərqli nəşriyyat tərəfindən çap olunmuşdu.
Rövşən Abdullaoğlu bildirib ki, müxtəlif kateqoriyalardan olan oxucuların, eləcə də psixoloqların və ədəbiyyatçıların kitabları haqqında fikirlərini eşitmək əsərin uğurunun ən böyük göstəricisidir.
Qeyd edək ki, yazıçının Türkiyədə çıxan üç kitabı "Ailə" Nəşriyyatı tərəfindən çap olunub.

