Yunus Oğuzun “Türk” etnonimi və törələri” kitabı çapdan çıxıb – Türk tarixinə yeni baxış – ÖZƏL

Olaylar.az xəbər verir ki, tanınmış yazıçı Yunus Oğuzun yeni elmi-publisistik əsəri - "Türk" etnonimi və törələri" kitabı artıq çapdan çıxıb. Əsər "Yazarlar" nəşriyyatı tərəfindən oxuculara təqdim olunub.

Yeni nəşrdə müəllif "türk" adının mənşəyini, tarixi inkişaf yolunu, qədim türk toplumlarının mənəvi-mədəni dəyərlərini və "törə" sistemini geniş araşdırır. Kitab həm akademik yanaşma, həm də oxunaqlı dil üslubu ilə seçilir. 

Yunus Oğuz bu əsərində qədim mənbələr, etnoqrafik materiallar və müasir araşdırmalar əsasında türk kimliyinin formalaşmasını fərqli bir aspektdən təqdim edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31