Səkkiz noyabrda toydadır vətən!
17:40 ƏdəbiyyatSinəndən asılan daş görmüşəm mən,
Qüssədən ağaran baş görmüşəm mən.
Hərdən gözlərində yaş görmüşəm mən,
Yarın da axı o taydadı, vətən!
***
Halalın küncü yox, güncdən yanadı,
Haramın evləri xana-xanadı.
Əzəldən bilirsən, öncə anadı,
Sonra sən gəlirsən, qaydadı, vətən!
***
Taleyin işidi, dövran, çağ belə,
Qayğıya bələnib uca dağ belə.
Yalandan demərəm bostan, bağ belə,
Sinəmdə ürəyim boydadı vətən!
***
Gözü kor olanın gözündən öpüb,
Dağa dırmaşanın dizindən öpüb.
Qışı yola salıb, üzündən öpüb,
Bahar havasında, yaydadı vətən!
***
Yer, göy də qızardı şəhid qanıyla,
Günəş üzə güldü qızıl danıyla.
Ordusu, Ali Baş Komandanıyla,
Səkkiz noyabrda toydadı vətən!
Fəxrəddin Səfərov
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31