Yunus Oğuzun “Nadir şah” romanı yenidən satışda!

Tanınmış yazıçı, publisist Yunus Oğuzun Səfəvilər imperiyasının süqutu, Əfşarlar imperiyasının yaranması və yüksəlişi fonunda Nadir şahın həyat və fəaliyyətini əhatə edən "Nadir şah" romanı "Xan" nəşriyyatı tərəfindən yenidən oxucuların ixtiyarına verilib. Tarixi roman janrında qələmə alınmış əsərdə XVIII əsrin mürəkkəb siyasi prosesləri, daxili çəkişmələr, xarici müdaxilələr və bu fonda Nadir şahın dövlətçilik uğrunda apardığı mübarizə geniş təsvir olunur. Əsər Azərbaycan tarixinə və dövlətçilik ənənələrinə maraq göstərən oxucular üçün dəyərli bir mənbə hesab olunur.

Qeyd edək ki, "Nadir şah" romanı ilk dəfə 2008-ci ildə nəşr olunub və bu günədək azərbaycan, rus, ingilis və türk dillərində çap edilib. Roman həm ölkə daxilində, həm də beynəlxalq kitab sərgilərində maraqla qarşılanıb.
Kitab əsas kitab mağazalarında və onlayn platformalarda satışdadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31