Sultan Rayevə dünya ədəbiyyat mükafatı verildi – ÖZƏL

Qırğızıstanın Xalq yazıçısı Sultan Rayev dünya ədəbiyyatının inkişafına verdiyi töhfəyə görə Dünya Yazıçılar Təşkilatının (WOW) qızıl medalı ilə təltif olunub. 

Olaylar.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat verilib.

Təşkilatın məlumatına görə, Sultan Rayev bu nüfuzlu beynəlxalq mükafata layiq görülən ilk qırğız yazıçısıdır.

Sultan Rayev - əsərləri bir çox dillərə tərcümə olunmuş və beynəlxalq mükafatlara layiq görülmüş tanınmış qırğızıstanlı yazıçıdır. O, 2022-ci ildən etibarən TÜRKSOY - Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının baş katibi vəzifəsində çalışır.

WOW-un nizamnaməsinə əsasən, qızıl medalın laureatları təşkilatın Ali Ədəbiyyat Şurasının üzvü olurlar.

Qeyd edək ki, Dünya Yazıçılar Təşkilatı (World Organization of Writers, WOW) ədəbi əməkdaşlığın inkişafı və mənəvi-dəyərlər sisteminin təbliği məqsədilə yaradılmış beynəlxalq təşkilatdır. Təşkilat 2 fevral 2023-cü ildə Misirdə keçirilən VI Avrasiya Ədəbiyyat Festivalı - "LİffT" çərçivəsində təsis olunub. WOW-un qərargahı Moskvada yerləşir. Təşkilatın prezidenti şairə Marqarita Alıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31