“Sözün mübarizi” kitabının təqdimat mərasimi keçirildi – VİDEO

Uzun illərdir mətbuatda müxtəlif mövzularda çıxış edən yazıçı-ekspert Gülər Mübarizin "Sözün mübarizi" adlı kitabının təqdimat mərasimi keçirilib.

Olaylar.az xəbər verir ki, tədbirdə şəhid anaları, tanınmış musiqiçi Arif Səlimov, "Həyat" Fondunun rəhbəri Hacı Nuran, kitabın redaktoru Nəcibə İlkin, "Veteninfo.az" saytının baş redaktoru, Qarabağ qazisi Nahid Canbaxışlı və digər ictimai-siyasi xadimlər iştirak ediblər.

Tədbiri açıq elan edən yazıçı Gülər Mübariz qonaqları salamlayaraq kitab haqqında məlumat verib. Müəllif bildirib ki, "Sözün mübarizi" şəhidlərimizə həsr olunmuş publisistik məqalələr toplusudur və bu mövzu onun üçün həm yaradıcılıq, həm də mənəvi baxımdan olduqca dəyərlidir.

Təqdimat zamanı musiqiçi Arif Səlimov Gülər Mübarizin sözlərinə bəstələnmiş musiqi əsərini ifa edib.

Qeyd edək ki, bu, Gülər Mübarizin ikinci kitabıdır. Onun ilk nəşri "İkinci həyət" adlanır. Tədbir boyu müəllifin şəhidlərə həsr etdiyi yazılar yüksək qiymətləndirilib, onun jurnalist və yazar kimi vətənpərvərlik mövzusundakı fəaliyyəti xüsusi vurğulanıb.

Tədbirin sonunda iştirakçılarla xatirə şəkli çəkilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31