“Zaur Ustacın poetik dünyası” adlı yeni kitab işıq üzü görüb

Tanınmış şair, "Yazarlar" jurnalının baş redaktoru Zaur Ustacın yaradıcılığına həsr olunmuş "Zaur Ustacın poetik dünyası" adlı yeni kitab işıq üzü görüb.

"Zaur Ustac 50 seriyasından" nəşr olunmuş növbəti kitabın müəllifi Azərbaycanın ilk peşəkar hərbi jurnalistlərindən olan, Prezident təqaüdçüsü, şair-publisit Vaqif İsaqoğludur.

Kitab haqqında girişdə müəllif özü belə məlumat verir: "Bu monoqrafiyanı müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri kimi oxucular tərəfindən sevilən, şeirləri ilə ürəkləri ovsunlayan, yazıçı, şair, tərcüməçi və publicist, dəyərli ziyalı Zaur Ustacın 50 yaşına hədiyyə edirəm."

Zaur Ustacın yazdığı ilk nümunələrdən başlayaraq ən yeni nəşr olunmuş bütün əsərlərinin sistemli şəkildə geniş aspektdə təhlilindən ibarət olan kitab böyük bir auditoriya - filoloqlar, jurnalistlər, ali və orta təhsil müəssisələri müəllimləri, tələbələr, doktorantlar, müstəqil təhqiqatçılarvə Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub.

Kitabın redaktoru Tural Cəfərli, dizayneri Səbinə Hüseynzadə, naşiri Səbuhi Aslandır. Üz qabığının rəsm tərtibatıçısı Rahilə Qaralovadır.

Vaqif İsaqoğlu öz monoqrafik təhlillərində mötəbər mənbələrə və Azərbaycanın Qurban Bayramov, Vaqif Yusifli, Ayətxan Ziyad, Əli Rza Xələfli, Ülviyyə Hüseynli kimi tanınmış filoloqlarına, naşirlərinə, ədəbiyyat tənqidçilərinə istinad edir.

Kitab "Zaur Ustac - 50" layihəsi çərçivəsində nəşr edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31