Elçin Hüseynbəylinin kitabı Güney Azərbaycanda (İranda) nəşr olunub

Yazıçı-dramaturq, publisist, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylinin hekayələr kitabı Güney Azərbaycanda (İranda) çap olunub.

"Babam, nənəm və kommunizm" adlanan toplunun tərtibçisi və naşiri Əlyar Poladdır.

Kitaba müəllifin seçilmiş hekayələri daxildir.

Bu, yazıçının qonşu ölkədə nəşr olunan üçüncü kitabıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31