Bişkekdə "Heydər Əliyev və ədəbiyyat" adlı kitab çapa hazırlanır

Qırğızıstanın Bişkek şəhərində Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi  ilə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 101 illiyinə həsr olunmuş "Heydər Əliyev və ədəbiyyat" adlı kitab çapa hazırlanır.

Kitabın müəllifi Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, "Vətənpərvər Gənclər" İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı, jurnalist Elşad Barat, redaktoru isə pedaqogika üzrə fəlsəfə doktoru, yazıçı Elmira İsmayılovadır.

On hissədən ibarət olan kitab Ulu öndər Heydər Əliyevin hər iki dövrdə (sovet və müstəqillik illəri) mədəniyyətimizə, ədəbiyyatımıza diqqət və qayğısının bir sıra tarixi anlarını, özünəməxsus məqamlarını əks etdirir.

Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov bildirib ki, "Heydər Əliyev və ədəbiyyat" kitabının işıq üzü görməsi Azərbaycanın böyük oğlu Heydər Əliyev tərəfindən əsası qoyulan Qırğızıstan və Azərbaycan mədəni həyatındakı uğurları tərənnüm edən mühüm hadisədir.

Kitabda, Ya­zı­çı­lar Bir­li­yi­nin mət­bu or­qan­la­rı olan "Ədə­biy­yat qə­ze­ti"nin, "Azər­bay­can", "Qo­bus­tan" və "Ul­duz" jur­nal­la­rı­nın nəş­ri­nin döv­lət tə­rə­fin­dən ma­liy­yə­ləş­di­ril­mə­si də Hey­dər Əli­ye­vin çə­tin ke­çid döv­rü pro­ses­lə­rin­də mil­li ədə­biy­ya­tın in­ki­şa­fı­na gös­tər­di­yi bö­yük qay­ğı­ olduğu qeyd olunur.

Bundan başqa kitabda, Hey­dər Əli­ye­vin 1969-1982-ci il­lər­də res­pub­li­ka­ya rəh­bər­lik et­di­yi dövr­lər­də yüz­lər­lə ye­ni təd­ris ocaq­la­rı, gənc­lik mər­kəz­lə­ri, hər­bi mək­təb­lər açıl­ması, min­lər­lə azərbay­can­lı gənc keçmiş SSRİ-nin nü­fuz­lu ali mək­təb­lə­rin­də təh­sil al­ması , müa­sir ix­ti­sas­la­ra yi­yə­lən­məsi haqqında geniş mülahizələr yer alıb.

Qeyd etmək yerinə düşər ki Hey­dər Əli­ye­vin şəx­si tə­şəb­bü­sü və qayğ­sı sa­yə­sin­də o zamanlar So­vet­lər İt­ti­fa­qı­nın 50-dən ar­tıq iri şə­hə­ri­nin 170 nü­fuz­lu ali mək­tə­bin­də bü­töv­lükdə 80-dək sa­hə­ni əha­tə edən 150 ix­ti­sas üz­rə 15 min­dən çox azər­bay­can­lı gən­cin ali təh­sil al­ma­sı­na, yük­sək ix­ti­sas­lı mü­tə­xəs­sis ki­mi ha­zır­lan­ma­sı­na im­kan və şə­ra­it ya­ra­dıl­mış­dır

Gör­kəm­li döv­lət xa­di­mi Hey­dər Əli­yev Ni­za­mi Gən­cə­vi­nin ana­dan ol­ma­sı­nın 840 il­lik yu­bi­le­yi­nin ke­çi­ril­mə­si­ndən 12 il­ son­ra, 1993-cü il­də  çıxışlarınının birində ib­rə­ta­miz ta­rix­çə­ni aşa­ğı­da­kı ki­mi ic­ti­ma­iy­yə­tin diq­qə­ti­nə çat­dır­mış­dır: "Ni­za­mi Gən­cə­vi­nin 840 il­li­yi­ni bö­yük bir yu­bi­ley ki­mi qeyd edən­də bi­zə çox yer­də irad tut­du­lar ki, 840 il yu­var­laq ta­rix de­yil. An­caq biz sü­but et­dik ki, Ni­za­mi Gən­cə­vi elə bir şəx­siy­yət­dir ki, ta­rix­də, dün­ya mə­də­niy­yə­tin­də elə bir iz qo­yub get­miş­dir ki, onun yu­bi­le­yi hər il ke­çi­ri­lə bi­lər".

Qeyd edək ki, kitaba Akademik Nizami Cəfərov və akademik Yaqub Mahmudov rəy verib.

Xatırladaq ki bu, Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun nəşr edib yaydığı 164 cü kitabdır. Kitabın təbliği əhəmiyyətini nəzərə alaraq, fond öz ənənələrinə sadiq qalaraq bu kitabı da pulsuz yaymağı və gələcəkdə kitabı müxtəlif dillərə tərcümə etdirməyi nəzərdə tutur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31