“Türkiyədə çoxpartiyalı sistemin formalaşmasında iştirak etmiş azərbaycanəsilli siyasətçilər” kitabının təqdimatı olub

Olaylar.az xəbər verir ki, 26 oktyabr 2024-cü il tarixində, AMEA Mərkəzi Elmi Kitabxanasında "Türkiyədə çoxpartiyalı sistemin formalaşmasında iştirak etmiş azərbaycanəsilli siyasətçilər" kitabının təqdimatı baş tutub. Kitabın ön söz müəllifi, Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmlər doktoru, professor Kərim Şükürov bildirib ki, müasir Türkiyədə demokratik çoxpartiyalı siyasi sistemin yaranımasında və bərqərar olmasında rol oynamış azərbaycanəsilli şəxslərin (Əhməd Ağaoğlu, Səməd Ağaoğlu, Əziz Alpout, İbarahim Cahangirzadə, Əli Əkbər Tufan və b.) fəaliyyətinin öyrənilib təbliğ edilməsinə ehtiyac var. "Səməndər Sosial Araşdırmalar və İnformasiya Mərkəzi" İctimai Birliyinin hazırladığı "Türkiyədə çoxpartiyalı sistemin formalaşmasında iştirak etmiş azərbaycanəsilli siyasətçilər" kitabı bu istiqamətdə ilk sistemli tədqiqat olmaqla mühüm bir tədqiqat istiqamətinin inkişafina, siyasi tariximizin mühüm bir dövrü və istiqaməti haqqında mövcud ağ ləkələrin aradan qaldırlmasına, eyni zamanda cəmiyyətlərimiz və siyasi partiyalar arasında sağlam münasibətlərin dərinləşməsinə töhfə verə bilər. Layihə çərçivəsində Azərbaycan və Türkiyə arxivlərində aparılmış araşdırmalar, XX əsrin əvvəllərində yaşamış azərbaycanəsilli türk siyasi xadimlərinin varisləri ilə müsahibələr, ailə arxivləri əsasında hazırlanan məqalələr maraq doğurur. Xüsusən İqdır Milli Cümhuriyyətinin, Cənub Qərbi Qafqaz Cümhuriyyətinin qurucuları olan azərbaycanəsilli siyasətçilərin fəaliyyəti haqqında Azərbaycanda məlumat qıtlığının aradan qaldırılmasında kitabın əhəmiyyətli olacağını, həmin materialların gələcəkdə bu istiqamətdə aparılacaq daha geniş tədqiqatlar üçün ciddi mənbə rolu oynayacağını düşünürük. Kitabda Türkiyənin şərq vilayətlərinə digər dövlətlərin iddialarının, eləcə də həmin vilayətlərin əhalisinə qarşı kütləvi qətliamların qarşının alınmasında azərbaycansəilli siyasətçilərinin müstəsna rol oynaması haqda qənaətlərin daha geniş əsaslandırılmasına ehtiyac var. 

Ön söz müəllifi Cəmaləddin Quliyev qeyd edib ki, məhz Ə.Ağaoğlu kemalizmin siyasi ideologiya kimi formalaşması üçün təşəbbüsçülərdən biri olmuş və CHP daxilində liberal kemalizm adı verilən ideoloji axının banisi olmuşdur. Bu qədər geniş spektri əhatə etməyin çətinliyini çətinliyini nəzərə alaraq tədqiqat işini müəyyən zaman çərçivəsində (XX əsrin birinci yarısı) götürmüşük. 

Tədbirdəki iştirakçılar öz çıxışlarında kitabın ictimaiyyət üçün əhəmiyyətini vurğulayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31