Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilir
24 May 2024 12:35 ƏdəbiyyatBeynəlxalq Türk Müəllifləri Birliyinin (BTMB) təşkilatçılığı ilə 24-31 may tarixlərində Bakıda III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilir.
Olaylar.az xəbər verir ki, bu gün başlayan Festival Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət komitəsi, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TİKA və başqa qurumların dəstəyi ilə təşkil olunub.
Tədbir AMEA-nın parkında (Hüseyn Cavid prospekti) keçirilib və hər günü bir ölkəyə - Azərbaycan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinə həsr olunacaq.
Qeyd edək ki, festivalda tanınmış yazıçı, publisistlər iştirak edib və çıxış edərək öz fikirlərini bölüşüblər.
Eyni zamanda müxtəlif nəşriyyatların yeni nəşrləri də oxuculara, gələn iştirakçılara təqdim edilib.