Cəngə gedərkən - Məhmət Əmin Yurdaqul

Mən bir türkəm, dinim, cinsim uludur,
Sinəm, sözüm atəş ilə doludur.
İnsanoğlu vətəninin quludur,
Türk övladı evdə durmaz, gedərəm!
Yaradanın Kitabını qaldırtmam,
Osmancığın bayrağını aldırtmam,
DüşmanımıVətənimə saldırtmam,
Tanrı evi viran olmaz, gedərəm!
Bu torpaqlar əcdadımın ocağı,
Evim, köyüm həp bu yerin bucağı.
İştəVətən! İştəTanrı qucağı!
Atayurdum övlad bulmaz, gedərəm!
Tanrım şahid, duracağam sözümdə,
Millətimin sevgiləri özümdə,
Vətənimdən başqa şey yox gözümdə,
Yar yatağın düşmən almaz, gedərəm!
Ağ köynəklə gözyaşımı silərəm,
Qara daşla bıçağımı bilərəm,
Vətənimçün ucalıqlar dilərəm,
Bu dünyada kimsə qalmaz, gedərəm!

Bu böyük türk şairi Əhməd Yurdaqulun
"MƏN BİR TÜRKƏM" şeiridir.19 əsr xanəndələrimizin çoxu vala yazdırb,səsləri də əlimizdədir,məs,Cabbar,Məşədi Məhəmməd Fərzəliyev,Keçəçi oğlu Məhəmməd və.s
Onlar bu təsnifi xorla da oxuyublar.
Şeiri TURAN İBRAHİMOV, Fotonu AMİN NAMAZLI GÖNDƏRDİ!

Mehmed Əmin Yurdaqul (türk. Mehmed Emin Yurdakul; 13 may 1869[1], Beşiktaş[1] - 14 yanvar 1944[1][2], İstanbul) - Türk şairi, millət vəkili. "Türk şairi", "Milli şair" kimi anılır.

Mehmet Əmin Yurdaqul Əhməd Ağaoğlu, Dr. Fuat Salih, Əhməd Fərid kimi ziyalılarla birlikdə "Türk kültürü, dili və sənətinin gəlişdirilməsi məqsədilə" qurulan Türk ocağı adlı təşkilatın qurucuları arasında yer aldı. Təşkilatın ilk başqanı oldu.[3]

Qeyd: Şeiri Gülhüseyn Kazımlı öz "Facebook" hesabında paylaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31