Əziz Səlaminin “Bahara yazdıqlarım” kitabı işıq üzü görüb

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin elmi işçisi Zəminə Zeynalovanın tərtib etdiyi Əziz Səlaminin "Bahara yazdıqlarım" kitabı işıq üzü görüb. Tərtibçi Ön sözdə müəllif və kitab haqqında oxucuları məlumatlandırır.

Kitab Almaniyada mühacirət həyatı yaşayan Cənubi Azərbaycan yazarı Əziz Səlaminin müxtəlif illərdə yazdığı nəsr əsərlərini əhatə edir.

Nəşrin redaktoru filologiya üzrə fəlsəfə doktoru Fikrət Süleymanoğludur. Rəyçiləri filologiya elmləri doktoru Esmira Fuad və filologiya üzrə fəlsəfə doktoru Mahmizər Mehdibəyovadır. Kitab Afaq Mehdibəyovanın korrektorluğu ilə çap edilib.

212 səhifəlik kitab "Optimist" nəşriyyatında nəşr olunub. Kitaba müəllifin "Bahara yazdıqlarım" povesti, hekayələri və publisistik məqalələri daxil edilib.

Gülnar Səma

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

İctimaiyyətlə əlaqələr şöbəsi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31