Eluca Atalı İsveç ictimaiyyəti ilə görüşüb
17 Aprel 2023 10:32 ƏdəbiyyatAprelin 16-da İsveçdə fəaliyyət göstərən İsveş-Azərbaycan Təşkilatı (SAF) və Stokholmdakı Xalq Evi İsveçdə yaşayan Azərbaycan yazarı Eluca Atalının yerli ictimaiyyətlə görüşünü keçirib. Tədbiri giriş sözü ilə açan SAF-ın rəhbəri Sevda Dadaşova görüşə gələn qonaqları azərbaycan və isceç dillərində salamlayaraq yazarın fəaliyyəti haqda qısa məlumat verib.
Bu vaxta qədər müxtəlif dillərdə və ölkələrdə 35 kitabı yayımlanmış Eluca Atalı isveç ictimaiyyətini yaradıcılığı ilə tanış edib. Yazdığı ədəbi janrlar, çalışdığı mövzular və onlara yanaşma prinsipini geniş şəkildə şərh edən müəllif əsərlərinə Asif Atanın Mütləqə İnam fəlsəfəsi əsasında yanaşdığını bildirib.
Bundan başqa müəllif, əsəsən son iki romanı - "Ənqa quşu" və Güney Azərbaycan Milli Azadlıq Hərəkatından, Bütöv Azərbaycan dərdindən bəhs edən "İran hizbullah zindanında" romanını diqqət çəkərək görüşə gələnləri məlumatlandırıb.
Qeyd edək ki, "İran hizbullah zindanında" romanı müəllifin hizbullah zindanında olmuş yüzdən artıq soydaşımızla görüşündən sonra ərsəyə gəlmişdir.
Görüşdə müəllifin yaradıcılığını daimi izləyən azərbaycanlı oxucularla yanaşı, isveç, fin, ərəb, türkdilli oxucular da iştirak edib. Görüşün maraqlı olduğunu bildirən isveç ictimaiyyətinin nümayəndələri
Eluca Atalıya uğurlar arzulayıb.
.jpg)



.jpg)
