İbrahim Yusifoğlunun şeirlər kitabı işıq üzü görüb

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Ədəbiyyatşünaslıq plyus" Yaradıcılıq Birliyinin əməkdaşı İbrahim Yusifoğlunun növbəti şeirlər kitabı çap olunub. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan İbrahim Yusifoğlunun "Mənə bircə gilə göz yaşı bəsdi" kitabında müəllifin şeirləri və poeması toplanıb.

        Prezident təqaüdçüsü olan İbrahim Yusifoğlunun bu kitabının ön sözünün müəllifi AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylidir. "İbrahim Yusifoğlunun poetik dünyası və uğurları" adlı ön sözdə şairin bədii yaradıcılığına hərtərəfli münasibət bildirilib.

        Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Fidan Nizaməddin qızı, komputer tərtibçisi Əfsanə Bağırova, naşir Qəşəm İsabəylidir.

        "Şirvannəşr" nəşriyyatında çap olunan kitab 208 səhifədir. Müəllifinin sayca otuzuncu kitabı olan bu nəşrdə lirik şeirlərlə yanaşı zəfər nəğmələri də yer alıb.

Gülnar Səma

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

İctimaiyyətlə əlaqələr şöbəsi

 

 

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31