Sənə nə ?

Köçən ləqəbi ilə şeirlər yazan İsmail Boruməndi İranın güneyində-Fars vilayətində yaşayan Qaraqoyunluların Baharlı elindəndir. Zərqan rayonunun Müğərrib obasında (kəndində) doğulub və orada əkinçiliklə ailəsini dolandırır. Kənddə Baharlı elinin Papağı Həştərxani və İsabəyli nəsilləri yaşayır.

İsmail Boruməndinin dediyinə görə İranda yaşayan baharlıların sayı iki milyondan çoxdur. Toplu halda Şiraz, Firuzabad bölgəsindədirlər. Türkiyənin prezidenti Ərdoğanın 10 noyabırda Bakıdakı Zəfər paradındakı çıxışına İran İslam Respublikasının Xaici İşlər Naziri Cavad Zərifi etirazını bildirib. İsmail Boruməndi Baharlu da ona aşağıdakı şeirlə cavab verib. Şeirin ləhcəsinə toxunmadan olduğu kimi veririk.

ZƏRİF  BAX

Kurd o bəluç o Türk o Fars acı[1] qalub, sənə nə?

Əçəmi o Ərəb o Giləki yanub, sənə nə?

Gəp[2] çalırəng,  gəp atirəng qonşılərə kiməng  sən?

Ərduğan öz-özünə bir qoşma oxub, sənə nə?

Bax bizlərə: İranda yağ  yox o yurd o zendegi[3]

Türk mellətı Ərməniyə orada vurub, sənə nə?

Cənubdan Türk İngilisi çaqardı[4] sən gözin aç

Türk milləti Qərəbağdən izə[5]  gilub, sənə nə?

Şomaldə Türk Rusyadən apardu sən gözin[6] aç

Torpağ o yurd bizimkidur, bize denub, sənə nə?

Bizlərə  de  Amrikayə əl qoozadın nicoldu?

Qərəbağdən Ərməni qorxudan qaçub, sənə nə?

Bir daş təkin hünər yoxun gəpi çaləng qonşiyə

Nəmnə deyrəng öz xəlqin burda ot tutub, sənə nə?

13.12.2020

[1] Acı-ac

[2] Gəp-gap, söhbət

[3] yaşam- hayat

[4] Çaqardı-çıxartdı

[5] izə- üzə

[6] Gözin-gözünü

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31