Görünər!

Dağıdan, yandıran, kəsən, öldürən,
Yırtıcı xislətin qəlbi döyünər?
Torpaq həsrətini çəkməyənlərdə,
Həsrət duyğuları necə görünər?

Həsrətlinin uçuq evi-eşiyi,
Gözündə gözəldir, baxıb öyünər.
Torpaqları belə viranə qalsa,
Yadlara bu qədər gözəl görünər?

Doğma torpaq, doğma, əziz yurd-yuva,
Ürək döyündürər, qəlb sevindirər.
Hər xırda xatirə, hər xırda xəyal,
Keçmişə qaytarar, gözəl görünər!

Əlibalayeva Gülnarə

Cəfər Cabbarlı ev muzeyinin böyük elmi işçisi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31