Yaraşmır sənə!

Düşmən alçaqlığın  izləyən Şuşa,

Qəm-qüssə, küskünlük yaraşmır sənə!

İllərdir xalqını gözləyən Şuşa,

Məğrursan, niskillik yaraşmır sənə!

Qəhrəman əsgərin gəlibdir, Şuşa,

Şərəfsiz tapdaqlar yaraşmır sənə!

Bütün Azərbaycan sevinir,Şuşa,

Bu sükut, sakitlik yaraşmır sənə!

Sil göz yaşlarını, vüqarlı Şuşa,

Bil ki, göz yaşları yaraşmır sənə!

Azadlığın xalqı gətirib cuşa,

Sevin, şad ol, kədər yaraşmır sənə!

  Cəfər Cabbarlı ev muzeyinin böyük elmi işçisi

  Əlibalayeva Gülnarə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31