Şəhid anasına baş əysin hamı!

Hər kiçik bir söz də qəlbinə dəyən,

Kövrək qəlbli analara bax, tanı!

Gizlin-gizlin əsgərləri izləyən,

Sual dolu baxışlarla söyləyən:

"Balam əsgər idi, indi bəs hanı?"

Şəhid anasına baş əysin hamı!

Torpaqdan yaranıb torpağa gedən,

Şəhid balaları tanısın hamı!

Döyüşdə adını ucaldıb gedən,

İgidliklə ölüb, zirvə fəth edən,

Yada salan zaman qəhramanını,

Şəhid anasına baş əysin hamı!

Uşaqlıqdan balasına can deyən,

O sevincli sima, indi bəs hanı?

Həzin-həzin laylasını söyləyən,

Xəstələnsə, için-için göynəyən,

İndi hey ağlayır, donubdur qanı,

Şəhid anasına baş əysin hamı!

"Vətəni sevirdi mərd oğlum!"-deyən,

Ananın fikrini qoy bilsin hamı:

"Qarabağ alınsa, canından keçən,

Torpağı uğrunda qurbantək gedən,

Balamın bürüyər nur məzarını,"

Şəhid anasına baş əysin hamı!

Əlibalayeva Gülnarə

Cəfər Cabbarlı ev muzeyinin böyük elmi-işçisi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31