Qarabağ Azərbaycandır!
14 Noyabr 2020 18:16 ƏdəbiyyatQəlbimdə hiddətli təlatüm vardır,
Şəhid olanlara torpaq halaldır,
İsti yorğan altda gizlənənlərə
"Vətən" adı çəkmək, böyük bir ardır.
Şəhid qanı ilə qorunan torpaq,
Tarixə yazılan şərəfdir, şandır.
Yaralara məlhəm olan bir yarpaq,
Yağımıza dağ çəkən qadadır-qandır.
Su töksən torpağa palçıq yaranar,
Vətəni yaradan torpaqda qandır.
Düşmən tapdağında qalan torpaqda,
Ruhların gəzməsi, əsas məqamdır.
Narahat olaraq, gəzməyin ruhlar!
Düşmən əzilmişdir, quru bir candır.
Vaxt gəlib, çəkilir qara buludlar,
Bilin ki, Qarabağ Azərbaycandır.
Əlibalayeva Gülnarə
Cəfər Cabbarlı ev-muzeyinin böyük elmi-işçisi
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31