Azərbaycan bayrağı
9 Noyabr 2020 12:10 ƏdəbiyyatMüstəqillik simvolu üç rənglidir bayrağım,
Üzərində həkk olub həm ulduzum, həm ayım,
Bu günümə köməyim, gələcəyə dayağım,
Millətimin şərəfi, həm qismətim, həm payım.
Azərbaycan bayrağım!
***
Dalğalanır zirvədə, dalğalanır Xəzərdə,
Çox mötəbər yerləri varlığilə bəzər də,
Əzizlənib qorunub, saxlanarsa nəzərdə,
Çilçıraqlı olacaq Azərbaycan sarayım!
Azərbaycan bayrağım!
***
Başı göylərə bağlı, ayağı torpaqdadır,
Sinəsi od-alovlu, əməlləri haqdadır,
Bayrağım ayaqdasa, millətim ayaqdadır,
Onu düşmən köksünə sancacaqdır alayım!
Azərbaycan bayrağım!
***
Harada qaldırılsa dövlətin vüqarı tək,
Uğuru xeyir olsun, qədəmləri mübarək!
İki göz bəbəyi tək onu qorumaq gərək,
Onunla yetəcəkdir gələcəyə harayım!
Azərbaycan bayrağım!
Azərbaycan bayrağım!
Munis Bayram
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31