İbrahim Yusifoğlunun “Seçilmiş əsərlərinin” dördüncü cildi işıq üzü görüb
6 Noyabr 2020 17:29 ƏdəbiyyatAzərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Ədəbiyyatşünaslıq plyus" Yaradıcılıq Birliyinin əməkdaşı İbrahimYusifoğlunun "Seçilmiş əsərlərinin" dördüncü cildi çap olunub.
Beş cildliyindördüncü cildində müəllifin povestləri, hekayələri, əfsanələri toplanmışdır.
Kitabın naşiri Qəşəm İsabəyli, redaktoru Əməkdar jurnalist ElmanTelmanoğludur. Cildin komputer tərtibatı Fidan Salmanovaya məxsusdur.
"Sənin xoşbəxtliyin səadətimdir" adlı ön sözün müəllifi jurnalist Sara Əzimovadır.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyininüzvü olan müəllifin 364 səhifəlik kitabı "Şirvanşnəşr" nəşriyyatında işıq üzügörüb.
Prezident təqaüdçüsü olan İbrahim Yusifoğlunun indiyədək 28 addaşeirlər, poemalar və nəsr əsərləri çap edilib. Bu kitabda isə "Yaşaran gözlər","Göylərdən ələnən göz yaşlarıydı" povestləri, "Mənim inamımı güllələdilər"poeması və bir neçə hekayəsi yer almışdır.
Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi