Qoru, İlahi!

Torpaq müqəddəsdir, torpaq ilahi,

Müqəddəs torpağı qoru, İlahi!

" Torpaqdan pay olmaz!"-deyir əhali,

İslami torpağı qoru, İlahi!

Qarabağ həsrətlə gözləyir bizi,

Torpağımı bizə qaytar, İlahi!

Diyarım darıxıb, çağırır bizi,

Yurdumu, Ordumu qoru, İlahi!

Torpağım sevməyir düçmənlərimi,

Yurdumu onlardan qoru, İlahi!

Xəstə təxəyyüllü düşmənlərimi,

Sənə tapşırıram, sənə, İlahi!

Ölkəmə göz dikib neçə nadürüst,

Mərdimi namərddən qoru, İlahi!

Bir yandan yağı, bir yandan virus,

Hər iki düşməndən qoru, İlahi!

 Cəfər Cabbarlı ev muzeyinin böyük elmi-işçisi

 Əlibalayeva Gülnarə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31