Olsun!
5 Noyabr 2020 13:39 ƏdəbiyyatDöyüşdə yenilməz zəfərlər çalan,
Əsgər balalarım, görüm sağ olsun!
Düşməni çökdürən, dərbədər salan,
Qəhrəman Ordumuz salamat olsun!
İllərdir yurduna həsrətli qalan,
"Köçkün", "qaçqın" adı payimal olsun!
Bayrağımı ucalara qaldıran,
Hər kəsə xoşbəxtlik mükafat olsun!
Bu sevinci bizə fəxrlə yaşadan,
Oğullara Allah özü yar olsun!
HƏR gün xalqa şad xəbərlər çatdıran,
Ali Baş Komandan daim var olsun!
Cəfər Cabbarlı ev muzeyinin böyük elmi-işçisi
Əlibalayeva Gülnarə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31