UĞUR PREZİDENTİ- Əkbər QOŞALI yazır

Sentyabrın 27-də işğalçı Ermənistanın növbəti hücumuvə Sihahlı Qüvvələrimizin sərt əks-həmlətədbirlərinəvadar olmasıilə başlamış yeni müharibədə (yaxud müharibənin yeni mərhələsində) hərbçilərimiz öncəbhədə, diplomatlarımız xarici cəbhədə uğurlar əldə edir.

Sentyabrın 27-də işğalçı Ermənistanın növbəti hücumuvə Sihahlı Qüvvələrimizin sərt əks-həmlətədbirlərinəvadar olmasıilə başlamış yeni müharibədə (yaxud müharibənin yeni mərhələsində) hərbçilərimiz öncəbhədə, diplomatlarımız xarici cəbhədə uğurlar əldə edir. Özəlliklə, hər iki cəbhədəki uğurlu mübarizəmizin ilhamvericisi Prezident İlham Əliyevin xarici və daxili auditoriya qarşısındakı çıxışları dəqiq təsbitləri, tarixi ismarıncları, qətiyyəti ilə yadda qalır.- İstər, "Rossiya-1" telekanalının "60 dəqiqə" proqramına verdiyi, tarixi ayarlı müsahibə (29 sentyabr), istər Mərkəzi Hərbi Klinik Hospitalda müalicə alan hərbçilərimizlə görüşdəki çıxışı(30 sentyabr)qürurvericydi! Azərbaycan Prezidentinin sözügedən müsahibə və çıxışı,Ermənistanın işğalçılıq siyasəti ilə bağlı 27 sentyabrdan az öncəki çıxışlarda (BMT-nin 75-ci sessiyasındakı çıxışda (24 sentyabr); "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma tədbirindən sonra yerli TV-lərə müsa­hibədə(19 sentyabr))etdiyi xəbərdarlıqların nə qədər dərin məzmun daşıdığını bir daha sübut etdi. Ən yeni dövr tarixini indi iki hissəyə ayıra bilərik: 27 sentyabrdan öncə və sonra. - Cənab Prezidentin,ordumuzun əks-hücumundan az sonra Təhlükəsizlik Şurasının iclasında dediyi bu fikirlər 27 sentyabrıntarixi siqlətini ifadə etməkdədir:"Mən Ermənistana xəbərdarlıq etmişdim. Tovuz hadisələrindən sonra bir neçə dəfə xəbərdarlıq etmişdim ki, əgər onlar öz çirkin əməllərindən əl çəkməsələr peşman olacaqlar.

Biz onlara 2016-cı ildə, 2018-ci ildə, bu ilin iyul ayında dərs verdik. Amma görünür ki, bu, onlar üçün dərs olmadı. Bu dəfə də dərs veririk və verəcəyik. Bu gün şanlı Azərbaycan Ordusu böyük uğurla əks-hücum əməliyyatı keçirir və bu əməliyyat davam edir.

Onu da bildirməliyəm ki, bizim bütün hərbi hissələrimizdə, hərbi birləşmələrimizdə ruh yüksəkliyi var. Eyni zamanda, ordumuza könüllü yazılanların sayı on minlərlə insanı əhatə edir. Bu, xalqımızın öz dövlətinə sadiqliyini göstərir.

Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, biz bu məsələni elə həll etməliyik ki, Azərbaycan xalqı bundan razı olsun. Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Biz bunu elə etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun"!

"Rossiya-1" efirindən yayılan həqiqətlər

Müharibənin yenidənalovlanmasınınsəbəbləri, gözlənilən nəticələr, bölgənin gərginlikdən çıxış yolu, ümumən cəbhə  həqiqətləri29 sentyabrdaAzərbaycan Prezidenti tərəfindən rusdilli böyük auditoriyaya çatdırıldı. Ölkəmiz üçün çox önəmli bir dönəmdə yüksək səviyyədə görülən bu iş, Rusiya ictimaiyyətini Ermənistanın təxribatları, işğalçılıq və təcavüz siyasəti haqqında məlu­matlandırdı.

Artıq bildindiyi kimi, Ermənistan silahlı qüvvələrinin bazar günü səhər erkəndən, işğal edilmiş Azərbaycan torpaqları üzərindən başladığı növbəti hücum, sərsəm hərbi təxribat nəticəsində döyüş mövqelərimizlə yanaşı bir çox yaşayış məntəqəmiz şiddətli artilleriya atəşinə məruz qalıb. Əlbəttə, nə hücumun qəfil olması, nə düşmənin "qalib əda"sı, nə hər hansı başqa səbəb-nəticə axtarışları - heç nə və heç kim ordumuzu durdura bilməz və düşmən haqq etdiyi aqibəti yaşamaqdadır.Azərbaycan Silahlı Qüvvələri təcavüzkara adekvat cavab verməyə və beləliklə, xalqımızı, torpağımızı, dəyərlərimiziqorumağa məcbur oldu. Biz, Ermənistanın təcavüzkarlıq siyasəti üzündən,müstəqilliyin dadını çıxarda bilmədik, bir gözümüz güldüsə, bir gözümüz ağlar qaldı: 1 milyon qaçqın və məcburi köçkün, minlərlə həlak olan vətəndaşımız, minlərlə şikəst olan insanımız, viran edilən şəhərlər... - Bunların hamısını Ermənistan edib və bütün bunlar azmış kimi, hələ bir də, yeni işğal planları qurur, rəsmən qudurğanlıq edirdi! Bizim beynəlxalq hüquqa, mültikulturalizmə, sivilizasiyalar və mədəniyyətlərarası dialoqa, birgəyaşayışa, sülhə, danışıqlara xeyirxah münasibətimizi, səmimiyyətimizi sadəlöhvlük kimi, hətta, qorxaqlıq kimi görən Ermənistan dövləti, tarixinin ən böyük qələtini etmiş oldu! Artıq illər öncəki danışıqlarda masaya gələn təkliflərlə 27 sentyabrın yaratdığı yeni situasiyanın masaya çıxardıqları arasında ciddi fərqlər olacaq! Adı, qiyafəsi dəyişsə də, mahiyyətsizliyi dəyişməyən Ermənistan "guya demokrat" Paşinyanla da, əliqanlı Köçəryan-Sarksiyan dueti ilə də, demək olar, həmişə məhz işğalçılıq siyastəti yürütdü; gah demokratiya ilə işğalçılığın bir əldə tutulmasının mümkünlüyünü "sübut etmək" istədilər; gah guya Qarabağdan çıxıb rəsmi İrəvan statusu qazananların daha praktik söhbət edəcəyi ilə də"qalib ədası sindormu"ndan qurtula bilmədilər. Bunların içində bir ağıllı məsul şəxs çıxıb demədi ki, Ermənistan boyunu çox aşan işlərlə uğraşır, altında qalac bilər! Demədilər, demədilər, indi isə Paşinyan-Maşinyan, Köçəryan-Möçəryan, Sarkisyan-Markisyan-zad - topu bir yerdə ya Azərbaycan əsgərinin əli ilə cəhənnəmə vasil olacaq ya öz xalqı tərəfindən dar ağacından asılacaqdır! - O gün gəlib! O gün bu günlərdir! 2020-ci ilin 10-cu ayı şahid olsun!

Prezident İlham Əliyev "Rossiya-1"də nə dedi? - Dedi ki:

-Ermənistanın baş naziri deyir ki, "Qarabağ Ermənistandır" və üstəlik, deyir ki, biz danışıqları Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparmalıyıq. Beləliklə, danışıqların artıq 20 ildən bəri mövcud olan formatını dəyişməyə çalışır. Deməli, Ermənistan bilərəkdən danışıqlar prosesini pozur, qəbuledilməz tələblər irəli sürür və əgər Minsk qrupu son vaxtlar nizamlamaya kimin əngəl olması barədə daha fəal danışmağa başlayırsa, sentyabrın 27-də, bundan əvvəl isə iyulun 12-də olduğu kimi, təxribatlar törədirlər. Bizim dövlət sərhədindəki mövqelərimizə hücum edilib. Sonra avqustun 23-də Ermənistanın təxribat qrupu tutulub, bu qrupun başçısı təmas xəttində saxlanılıb. Bütün bunlar Azərbaycanı təqsirləndirmək, sonra üçüncü tərəfləri cəlb etmək və beləliklə, danışıqlar prosesini pozmaq üçün edilir. Ona görə ki, erməni tərəfi status-kvonu saxlamaq istəyir. ATƏT-in Minsk qrupunun həmsədrləri isə Rusiya, Fransa və ABŞ-ın dövlət başçılarının şəxsində dəfələrlə bəyanatlar veriblər ki, status-kvo qəbuledilməzdir. Bu isə o deməkdir ki, işğal altında olan ərazilər Azərbaycana qaytarılmalıdır".

Bir sözlə: Azərbaycan Prezidenti Ermənistan hakimiyyətinin avtoritar və diktator mahiyyətini ifşa etdi, özü forpsot olan ölkənin Baş anzirinin dübarə başqa ölkənin "siyasi layihəsi" - əlaltısı olduğunu açıq bəyan etdi. Prezident Ermənistan təbliğatının iç üzünü açdı, bu ölkə tərəfindən dövriyyəyə buraxılan yalan məlumatların məqsədini göstərdi.

Cənab Prezident məntiqli, tutarlı, səlis cavabları ilə rusdilli auditoriya qarşısında başımızı uca etdi. Həmin proqramın digər qonağı Nikol Paşinyansaöz sönük, faktoloji bazadan tam yoxsun və dolaşıq fikirləri, kəkələyən məntiqi (daha doğrusu, məntiqsizliyi) ilə aradakı dərin fərqi nümayiş elətdirmiş oldu!

Yaralı hərbçilərlə görüşdə verilən ismarınclar

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Koman­danı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan yeni hücumu, hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə alan hərbçilərlə görüşüblər.

Ermənistanda ağıllı və nüfuzlu fikir adamları varsa, Azərbaycan Prezidentinin bu çıxışını, ümumən yuxarıda misal çəkdiyimiz son vaxtlarkı çıxışlarının hamısını yaxşıca incələsinlər və öz durumlarını idrak etsinlər. İdrak etsinlər ki, sadə erməni xalqıöz başbilənlərinin çirkin oyunlarının, əməlsiz əməllərinin yazıq oyunçusuna, sabahsız girovuna çevrilməsin. Öz aiqbət­lərini düşünsünlər, öz övladlarını onlara aid olmamış və heç vaxt da aid olmayacaq Azərbaycan torpaqlarına diri göndərib, ölü qarşılamaqdan çəkinsinlər...

"Mənə verilən məlumata görə, bizim bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yenə də döyüş bölgələrinə getsinlər, Vətən uğrunda haqlı savaşını davam etdirsinlər. Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar.

Mən bir daha demək istəyirəm ki, Azərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir". - Dövlət başçımızın sözləridir. Doğrusu, mən bu sözlərə nəsə əlavə etməkdənsə, bu sözləri təbliğ etməyi, bu sözləri tərənnüm etməyi daha yaxşı davranış sayıram.

PREZİDENTİMİZƏ UĞUR YARAŞIR!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

BAYRAĞIMIZ UCA OSLUN!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31