Ali Baş Komandanım
Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevə xitabən
1 Oktyabr 2020 11:24 ƏdəbiyyatAzərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevə xitabən
Mətin, dönməz dayanır
Ali Baş Komandanım!
Xalqından dəstək alır
Ali Baş Komandanım!
Düşmən sarsılır əsir,
Qaçmağa çox tələsir
Yadı sındırıb əzir
Ali Baş Komandanım!
Qarabağ Azərbaycan!
Deyir eşitsin cahan!
Haqlıdır hər vaxt, hər an
Ali Baş Komandanım!
Əməlləri təmizdir,
Məntiqlidir, səlisdir,
Hər insana əzizdir,
Ali Baş Komandanım!
Millət ümid bəsləyir,
Qələbəyə səsləyir,
Zəfərləri gözləyir,
Ali Baş Komandanım!
01.10.2020
Munis Bayramov,
Şair, Qaradağ Rayon İcra Hakimiyyətinin
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri