AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) akademik Adil Qəribovun biblioqrafik göstəricisini hazırlayıb

AMEA Rəyasət Heyətinin qərarı ilə çap olunan göstəricinin elmi redaktoru akademik Rasim Əliquliyev, ixtisas redaktoru və məsləhətçisi MEK-in direktoru Sevil Zülfüqarova, tərtibçiləri k.e.d., prof. Teymur Ağayev, fil.ü.f.d., dos. Şəhla Tahirqızı, k.ü.f.d. Cəlal Nağıyev, f.ü.f.d. Günel İmanova, Aydan Qəribli və Səbinə Məmmədovadır.

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) akademik Adil Qəribovun biblioqrafik göstəricisini hazırlayıb.

AMEA Rəyasət Heyətinin qərarı ilə çap olunan göstəricinin elmi redaktoru akademik Rasim Əliquliyev, ixtisas redaktoru və məsləhətçisi MEK-in direktoru Sevil Zülfüqarova, tərtibçiləri k.e.d., prof. Teymur Ağayev, fil.ü.f.d., dos. Şəhla Tahirqızı, k.ü.f.d. Cəlal Nağıyev, f.ü.f.d. Günel İmanova, Aydan Qəribli və Səbinə Məmmədovadır.

Biblioqrafik göstəricidə akademik Adil Qəribovun həyatı və elmi fəaliyyət istiqamətləri haqqında məlumatlar əks olunub.

Biblioqrafik məlumat kitabı nüvə fizikası və kimyası, radiasiya materialşünaslığı, atom-hidrogen energetikası və digər sahələrdə elmi-tədqiqat aparan alim və mütəxəssislər, doktorantlar, ali məktəb müəllimləri, tələbələr, eləcə də bu sahə ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.

"Azərbaycanın elm və mədəniyyət xadimləri" seriyasından nəşr olunan biblioqrafik göstərici AMEA-nın "Elm" nəşriyyatında işıq üzü görüb.

AMEA Mərkəzi Elmi Kitabxana
İctimaiyyətlə əlaqələr bölməsi

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31