Avtomobil oğrusunun digər əməlləri aşkar edilib

Nəqliyyat vasitəsi qaçırdığına görə tutulmuş şəxsin digər cinayət əməlləri aşkar edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, nəqliyyat vasitəsi qaçırdığına görə tutulmuş Azər İbrahimovun ətrafında Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun cari il iyulun 1-də rayon ərazisində "Ford" markalı avtomobildən içərisində 400 ABŞ dolları və sürücülük vəsiqəsi olan pulqabını oğurlaması da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31