Dünya

Erməni zavallı: "Lənətə gələsiniz! Kəsin ayağımı"

7 Noyabr 2016 15:49

Ermənistanın paytaxtı İrəvandakı Post-Patrul Alayının kazarmasını ələ keçirərək prezident Serj Sarkisyanın istefasını tələb edən, həftələrlə davam edən müqavimətdən sonra zərərsizləşdirilən "Sasna Srer" qruplaşmasının üzvlərindən olan Hovanes Harutyunyanın vəziyyəti çox ağırdır.

Ermənilərin Dubayda milyonluq almaz oğurluğu

7 Noyabr 2016 15:48

Dubayda Hindistan vətəndaşını öldürməkdə ittiham olunan Ermənistan vətəndaşlarının ömürlük azadlıqdan məhrum olunması tələb olunur.

İŞİD lideri Mosuldan qaçıb

7 Noyabr 2016 15:40

İraq ordusu İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin Mosuldan qaçdığı barədə məlumat yayıb.

Gürcüstanda məcburi hərbi çağırış bərpa edilir

7 Noyabr 2016 15:13

Gürcüstan müdafiə nazirliyi orduya məcburi hərbi çağırışı bərpa edəcək. Olaylar.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Levan İzoriya bildirib. Onun sözlərinə görə, çağırış yeni formada bərpa olunacaq.

Ermənilər Markovu qara siyahıya salmaq istəyir

7 Noyabr 2016 15:11

Rusiya politoloq Sergey Markovu Ermənistanın qara siyahısına salmaq lazımdır. Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında erməni politoloq Stepan Qriqoryan söyləyib. Onun sözlərinə görə, Markov mütəmadi olaraq antierməni bəyanatları ilə çıxış edir:

Aparıcı KİV-in təsiri altında avropalılar Klintona rəğbət bəsləyirlər

7 Noyabr 2016 15:10

Milli.Az bildirir ki, Sputnik.Rəy sorğusunun nəticələrinə görə fransalıların (56%), ispaniyalıalrın (55%), italiyalıların (53%) çoxu və həmçinin almaniyalıların yarısı, polşalıların 47% və britaniyalıların 36%-i ABŞ-ın növbəti prezidenti kimi məhz Hillari Klintonu görmək istəyir. Eyni zamanda son məlumatlara əsasən, amerikalılar özləri Hillari Klinton və Donald Trampa təxminən eyni dərəcədə rəğbət göstərirlər. Bu cür fərq beynəlxalq kütləvi informasiya vasitələrinin Klintonun xeyrinə apardığı kampaniya ilə izah oluna bilər. Bunu ən azı üç ciddi sorğu təsdiqləyir*. Onların nəticələrinə görə "amerikalıların çoxu KİV-in Hillari Klintonun prezident olmasına dəstək verdiyini düşünür".  

Saakaşvili Odessanın qubernatoru vəzifəsindən istefa verib

7 Noyabr 2016 15:04

Mixail Saakaşvili Ukraynanın Odessa vilayətinin qubernatoru vəzifəsindən istefa verdiyini açıqlayıb.

Xalqın iradəsi və suverenliyini məhdudlaşdıran seçki sistemi 

7 Noyabr 2016 14:40

ABŞ-da hər beş nəfərdən birinin adı seçici siyahısına düşmür Nəhayət noyabrın 8-də ABŞ-da növbəti - 58-ci prezident seçkiləri keçiriləcək. Ancaq təəssüflər olsun ki, bu seçkilərdə 6 milyona qədər seçici səsvermə hüququndan məhrum ediləcək. Belə ki, ABŞ qanunvericiliyinə görə, üzərində ən azı bir il məhkumluğu olan şəxs prezident seçkilərində iştirak edə bilməz.

Neft tankerinə hücüm edilib

7 Noyabr 2016 14:15

Son həftə də Yəmənin sahilləri neft nəqliyyatçıları üçün tam bir kabusa çevirlib. Bab Əl Məndəb boğazında tam iki neft tankeri İran yönlü hüsilərin bombalı hücumuna məruz qalıb.

Binəli Yıldırım: "Bütün prosedurlar hüquq çərçivəsində aparılır"

7 Noyabr 2016 14:08

HDP (Xalqların Demokratik Partiyası) üzvləri ilə bağlı bütün prosedurlar hüquq çərçivəsində aparılır. Türkiyənin Azərbaycandakı səfirliyindənSİA-ya verilən məlumata görə, bunu Baş nazir Binəli Yıldırım İstanbulda jurnalistlərin suallarını cavablandırarkən deyib.

Yəməndə girov götürülmüş ABŞ vətəndaşı azad edildi

7 Noyabr 2016 13:51

Yəməndə girov götürülmüş ABŞ vətəndaşı azad edilib və Omana göndərilib.  Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bu  barədə "Reuters" agentliyi məlumat yayıb.  Agentliyin məlumatına görə, Amerika vətəndaşını husilər paytaxt Sanada girov götürmüşdülər. O, azad edildikdən sonra hökumət qüvvələri ilə üsyançılar arasında baş vermiş qarşıdurma zamanı xəsarət almış Yəmən vətəndaşları ilə birlikdə Omana göndərilib. Məlumata görə, ABŞ-ın bir neçə vətəndaşı, o cümlədən oktyabrda azadlığa buraxılan amerikalılar casusluqda şübhəli bilinərək saxlanılmışdılar. Yəməndə hərbi qarşıdurma 2014-cü ildən davam edir. 

Türkiyədə zəlzələ

7 Noyabr 2016 13:38

Ötən gün axşam saat 17:22 və 18:45 radələrində Türkiyənin Çorum bölgəsin də 3,7 və 3,5 bal gücündə ard – arda iki yeraltı təkan qeydə alınıb. Zəlzələnin mərkəzi Çorumun Bayat rayonu müəyyən edilib. Yeraltı təkanlar yerin 7 km dərinliyində qeydə alınıb. Zəlzələ zamanı heç bir dağıntı və təlafat qeydə alınmayıb. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.

PKK – çılar həbs olunur

7 Noyabr 2016 13:37

Türkiyə Daxili İşlər orqanları zəhər tacirlərinə qarşı uğurlu əməliyyat keçiriblər.Narkotik Ticarəti ilə Mübarizə və Kəşfiyyat şöbələrinin apardığı birgə əməliyyat nəticəsində Türkiyənin  Diyarbəkir bölgəsinin Lice rayonun da yüklü miqdarda heroinin yola çıxdığını öyrənən polis, şübhəli yük avtomobilini Rizedə saxlayıb. Avtomobili idarə edən şəxslər şübhəli qismində saxlanılıblar. Axtarış zamanı avtomobildən tam 200 kq heroin aşkarlanıb. Aparılan tətqiqat nəticəsində narkotikin PKK terror təşkilatına aid olduğu məlum olub. Hal – hazırda mütəşəkkil cinayətkar dəstənin digər üzvlərinin həbs edilməsi üçün axtarışlar başlayıb. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.

Məktubları kitab olur

7 Noyabr 2016 13:35

“Tamaşaçılarımın mənə bəslədikləri sevgini başqa heç nə ilə dəyişə bilmərəm. Bəzən onlardan gələn məktubları oxuduqdan sonra öz – ozümə “Tamaşaçılarım üçün, canım fəda olsun” deyirəm. Bunu eşidən dəli olub deyə bilər.Amma hansı hisslər sevgidən gözəldir ki?”- deyən məşhur türkiyəli aktrisa Türkan Şoray 1960 -1970 –ci illər ərzin də hər il 10 -12 filmə çəkilərək, 223 filmi ilə dünyanın ən çox filmə çəkilən aktrisasıdı.Hələ o zamanlar aktrisaya gün ərzində təxminən 100 məktub gəlirdi.14 il də 511 min məktub və hər məktubun uzunluğunu 16 sm olduğunu nəzərə alsaq, məktubların uzunluğu 81.760 metrə bərabərdi. 1970 – ci illər də FotoRoman jurnalı vaistəsilə tamaşaçıları ilə məktublaşan altrisanın kitabını Ercan Akarsu “Bir nəsil Türkan Şorayla məktublaşdı” adı ilə kitab halına salıb.

MTN-də TANAP haqda şübhəli sual: Çovdarov BP-nin işçisini niyə dinlədib...

7 Noyabr 2016 13:32

Ləğv edilmiş MTN-nin keçmiş idarə rəisi, general Akif Çovdarovun işi üzrə zərərçəkənlərdən biri də BP şirkətinin əlaqələr üzrə aparıcı mütəxəssisi İbrahimov Emil Əli oğludur.