Dünya

ABŞ-ın daha bir məktəbində silahlı insident: 1 ölü 2 yaralı

19 May 2018 08:21

ABŞ-ın Corciya ştatında məktəbdə atışma olub. Hadisə Atlanta şəhəri yaxınlığında, məzunlarının buraxılış mərasimində qeydə alınıb. İnsident nəticəsində güllə yarası alan 3 nəfər xəstəxanaya yerləşdirilib, onlardan biri dünyasını dəyişib. Ölən qadındır.

АBŞ-da məktəbdə atışma: 10 ölü, 10 yaralı - VİDEO/FOTO (YENİLƏNDİ)

19 May 2018 08:10

ABŞ-ın Santa-Fe şəhərində məktəbdə baş verən silahlı insident nəticəsində 10 nəfərin öldüyü təsdiqlənib. Daha 10 nəfər yaralanıb.

Daha bir prezident “Diriliş Ertuğrul” heyranı imiş - FOTOLAR

19 May 2018 08:07

“Diriliş Ertuğrul” serialının rejissoru Mehmet Bozdağın İnstaqram hesabında etdiyi paylaşım minlərlə bəyənmə toplayıb. Mehmet səhifəsində Venesuella prezidenti Nikolas Maduronun “Diriliş Ertuğrul” heyranı olduğunu sübut edən bir foto yerləşdirib.

ABŞ Suriyaya 20 tır silah göndərdi

19 May 2018 07:58

ABŞ, Deyr-əz-Zor əməliyyatı çərçivəsində YPG-nin də daxilində yer alan Demokratik Suriya Qüvvələrinə (DSQ) ağır silahlar ilə zirehli Hummer avtomobilləri göndərib.  DSQ rəsmisi, ABŞ-ın onlara ağır silah və zirehli maşınlar göndərdiyini bildirib. DSQ mənbələrindən verilən məlumatlara görə ABŞ, Deyr-əz-Zor əməliyyatı çərçivəsində Türkiyənin PKK-nın Suriya qolu kimi gördüyü YPG-nin də daxilində yer aldığı təşkilata ağır silah ilə zirehli texnika göndərməyə davam edir.

Britaniya "Skripal işi"nə görə KSQT-nin sessiyasını çağıracaq

19 May 2018 07:56

 Britaniya “Skripal işi”nə və Suriyada kimyəvi silahdan istifadəyə görə Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (KSQT) sessiyasını çağıracaq. Bu barədə ölkənin xarici işlər naziri Boris Conson bildirib.

Ərdoğan BMT baş katibi ilə telefonla danışdı

19 May 2018 07:52

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antoniu Quterreş arasında telefon danışığı olub. Söhbət zamanı Suriya və Fələstindəki vəziyyət müzakirə olunub. Tərəflər qeyd ediblər ki, Qəzza zolağında İsrailin fələstinlilərə qarşı hərəkətlərinə dünya ictimaiyyəti tərəfindən daha sərt reaksiya verilməlidir.

Virtual kosmos turizmi layihələri həyata keçiriləcək

19 May 2018 07:49

İnsanların kosmosa turist səyahətinə göndərilməsi ilə bağlı aparılan işlər zaman-zaman dünya mətbuatında geniş yer alır. Lakin yüz minlərlə dollara başa gələn bu səyahətlərin məhdud potensialı var.  VR (virtual reallıq) şirkətləri yaxın bir neçə ildə insanlara virtual kosmos turizmi vasitəsilə kosmosdan Yerin rəsmini canlı seyr etmək imkanı verəcək.

Kubada matəm elan olunub

19 May 2018 07:49

ABŞ Venesuelaya qarşı yeni sanksiyalar tətbiq etdi

19 May 2018 07:39

ABŞ Venesuelaya qarşı sanksiyaları genişləndirib. Bu barədə ABŞ Maliyyə nazirliyindən bildirilib. Məlumata əsasən, sanksiya siyahısına 4 fiziki və 3 hüquqi şəxsin adı əlavə edilib.

Kubada sərnişin təyyarəsi qəzaya uğradı: 107 ölü - VİDEO (YENİLƏNDİ)

19 May 2018 07:33

Kubanın paytaxtı Havana yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 107 nəfər ölüb. Bu barədə “Global Air” aviaşirkətinin “Tvitter” səhifəsində bildirilir.

ABŞ Konqresi Qolan təpələrini İsrail ərazisi kimi tanıya bilər

19 May 2018 01:24

ABŞ Konqresi Qolan təpələrinin İsrail tərəfindən ilhaqının tanınması məsələsinə baxacaq. İsrail KİV-ləri xəbər verir ki, məsələ ilə bağlı qətnamə layihəsi Konqresin Xarici işlər üzrə komitəsinə təqdim olunub. Sənədi Florida ş

İsrail BMT-nin qərarına qarşı - "Qəbul etməyəcəyik"

19 May 2018 01:18

İsrail BMT İnsan haqları komitəsinin Qəzza zolağında baş vermiş qətliamın dərhal araşdırılması barədə qətnaməsini rədd edib.