İsrail BMT-nin qərarına qarşı - "Qəbul etməyəcəyik"

İsrail BMT İnsan haqları komitəsinin Qəzza zolağında baş vermiş qətliamın dərhal araşdırılması barədə qətnaməsini rədd edib.

İsrail BMT İnsan haqları komitəsinin Qəzza zolağında baş vermiş qətliamın dərhal araşdırılması barədə qətnaməsini rədd edib.

İsrailin Baş naziri Benyamin Netanyahu İnsan haqları komitəsinin səmimiyyətdən uzaq olduğunu və ölkəsinə zərər vurmaq istədiyini bildirib.

Qeyd edək ki, BMT-də keçirilən toplantıda qətnamənin lehinə 29 ölkə səs verib. 14 ölkə bitərəf qalıb.

Şura İsrail dövlətini Qəzzadakı mülki etirazçılara qarşı əsassız şəkildə silah tətbiq etməkdə, həmçinin BMT qətnamələri və beynəlxalq hüquq normalarını kobudcasına pozmaqda ittiham edib.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31