Dünya
İspaniya sahillərində 40-dan çox miqrantın olduğu qayıq batıb
Aralıq dənizi sahillərində göyərtəsində 40-dan sox miqrantın olduğu qayıq batıb.
AKP mitinqində gözlənilməz qonaq: Çillər qayıdır?
Bütün qadınların sevdiyi ətrin yaradıcısı əslində KİM İDİ? - İnanılmaz CASUS HEKAYƏSİ
Modanı yenidən yaradan və "Chanel" ətirləri ilə adını tarixə yazan Koko Şanel İkinci Dünya müharibəsi zamanında bir nasist zabiti ilə sevgili olmaqla kifayətlənməyib, həm də onlar üçün casasluq edib. Şanelin nasistlərlə eyni düşüncəni paylaşdığı, yəhudiləri və kommunistləri sevmədiyi bildirilir.
Türk gəmisi batır - İçərisində 13 nəfər var
Xorvatiyada Türkiyəyə məxsus gəmi batır. Hadisə Yabuka adası sahillərində qeydə alınıb. Üzərində Türkiyə bayrağı asılmış yük gəmisinin batmağa başladığı bildirilib. İlkin məlumatlara görə, gəminin ekipajında 13 nəfər olub. Sahil xilasediciləri tərəfindən heyət üzvündən 8-i sahilə çıxardılıb.
Sərgiyə gələnləri atəşə tutdular - ölən və yaralananlar var
Bu gün ABŞ-ın Nyu-Cersi ştatının Trenton şəhərində sərgidə atışma olub, bir nəfər ölüb, bir neçə nəfər yaralanıb. Bu barədə “Trentonian” qəzeti polisə istinadən məlumat yayıb.
Roma Papası abortları bu kəslərin əməlləriylə eyniləşdirdi
Roma Papası Fransisk abortu pisləyib. Bu barədə “Chicago Tribune” qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, Papa abortları nasist Almaniyası dövründə həyata keçirilən cinayətlərlə eyniləşdirib.
Türkiyə Antarktikada elmi baza yaradacaq
Türkiyə 2019-cu ildə Antarktikada elmi baza yaratmaq niyyətindədir. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter” sosial şəbəkəsindəki rəsmi səhifəsində yazıb.
Rusiya və Səudiyyə Ərəbistanından OPEC QƏRARI
Rusiya və Səudiyyə ƏrəbistanıOPEC+ işbirliyi müqaviləsini müddətsiz uzatmaq qərarı verib. Bununla bağlı Rusiyanın enerji naziri Aleksadr Novak açıqlama verib. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd İbn Salman neft istehsalını nəzarət altında saxlamaq üçün Neft İxrac edən Ölkələr Birliyi (OPEC) və OPEC üzvü olmayan ölkələrin işbirliyi anlaşmasını müddətsiz olaraq uzatmaq qərarı verib.
Bu əraziyə girən və foto çəkdirənlərə AĞIR CƏZA
Havay adalarında Kilauea Yanardağından püskürən vulkanı izləmək istəyən və fotosunu çəkmək üçün qadağan edilmiş bölgələrə girən onlarla insan saxlanılıb. Lavaların okeana çatdığı adada polis barrikadaları qurulub. Təhlükəli vəziyyətə baxmayaraq, əraziyə qanunsuz olaraq girmək istəyənlər var.
Qatar relsdən çıxıb aşdı - Dəhşətli anlar - VİDEO
Sevgili olduqlarını artıq gizlətmirlər
“Fazilet hanım ve kızları” serialının çəkiliş meydançasında rejissor köməkçisi Eray Altay ilə eşq yaşayan Afra Saraçoğlu sevgisini artıq gizlətmir. Bayramı Altay ilə Bodrumda geçirən aktrisa birlikdə çəkdirdikləri şəkli izləyiciləri ilə bölüşüb.
"Mehmetcik"dən BÖYÜK UĞUR: 48 strateji hədəf MƏHV EDİLDİ - Qəndilə 39 km qaldı
Türkiyə Silahlı Qüvvələrinin mart ayından başladığı Qəndil əməliyyatları ilə bağlı sonuncu hücumda əhəmiyyətli dərəcədə irəliləyiş əldə edilib. Bölgədəki 48 strateji hədəf tamamilə məhv edilib, 56 yeni hədəf isə atəş altındadır. Hava hücumlarına Türkiyə Silahlı Qüvvələri 11 fərqli nöqtədən artilleriya atəşi ilə dəstək olur. Qəndil sərhədinə 10 kilometr uzaqlıqda olan terror təşkilatının keçid məntəqələri yerləşən Bərmizə kəndi görünür.
İŞİD PKK ilə əməkdaşlıq edir - Terroçular qaytarılır
Suriyada terrorçular öz aralarında əməkdaşlıq edir. Bu barədə Britaniyanın aparıcı qəzetlərindən biri olan "Telegraph" nəşri yazıb. Nəşr YPG\PKK terror təşkilatının İŞİD ilə əsirləri dəyişdirdiyini, eləcə də İŞİD qruplaşmasının üzvlərini terrorçuların nəzarətində olan ərazilərə geri göndərdiyini yazıb. "YPG\PKK terror qruplaşmaları Rakka və Deyr-əz-Zor əməliyyatları zamanı ələ keçirdikləri İŞİD terrorçularını geri vermək, ailələrini nəzarətdə olan ərazilərə geri qaytarmaq üçün təşkilatla müzakirələrə başlayıb"-deyə, məqalədə qeyd edilib.



.jpg)










