Kupradze Papuaşvilini yalan məlumat yaymaqda və məhkəməyə təzyiq göstərməkdə ittiham edib – ÖZƏL
11:05 DünyaOlaylar.az xəbər verir ki, "Güclü Gürcüstan - Lelo" partiyasının baş katibi İrakli Kupradze sosial şəbəkə hesabında "Gürcü Arzusu"nun spikeri Şalva Papuaşvilinin 2022-ci ildə "Lelo" nümayəndələrinin gürcü könüllülərin Ukraynaya döyüşməyə göndərilməsini tələb etməsi ilə bağlı səsləndirdiyi fikirləri təkzib edib.
Kupradze bildirib ki, təmsil etdiyi partiya heç vaxt gürcü döyüşçülərin Ukraynaya göndərilməsi üçün xüsusi reysin təyin olunmasını və ya bu yolla hərbi əməliyyatlara qoşulmağı tələb etməyib. O, Papuaşvilidən bu iddiaları təsdiqləyən sübutlar təqdim etməyi və ya yaydığı məlumatı təkzib edərək ictimai şəkildə üzr istəməyi qəti şəkildə tələb edib.
Baş katib qeyd edib ki, Konstitusiya Məhkəməsində partiyaların qadağan edilməsi ilə bağlı iddiaya baxıldığı bir vaxtda yüksək vəzifəli siyasi şəxs tərəfindən bu cür məlumatların yayılması məhkəməyə siyasi təzyiq cəhdidir. Kupradzenin fikrincə, "Gürcü Arzusu" hazırkı məhkəmə müzakirələrində öz nümayəndələrinin zəif mövqedə olduğunu gördüyü üçün bu addıma əl atır.