İspaniyada qatar qəzası seçki kampaniyasına təsir göstərə bilər-ÖZƏL

İspaniyanın Toledo əyalətində azı 69 nəfərin ölümü ilə nəticələnən qatar qəzası ölkədə seçkiqabağı siyasi vəziyyəti gərginləşdirib.
Olaylar.az xəbər verir ki, "El Pais" qəzetinin məlumatına görə, faciə hakimiyyəti əlverişsiz siyasi vəziyyətə salıb və seçki kampaniyasının gedişinə ciddi təsir göstərə bilər.
Nəşr hadisəni siyasi arenanı silkələyən "qara qu quşu" kimi qiymətləndirib. Bildirilir ki, müxalifətdəki Xalq Partiyası və "Vox" qəzanın ölkədə xaosun hökm sürdüyü fikrini gücləndirmək üçün hadisədən istifadə edə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31