Keçmiş baş katib Ermənistanın KTMT-dən çıxarılmasını təklif edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş baş katibi Nikolay Bordyuja təşkilatın fəaliyyətində iştirak etməyən və üzvlük haqqını ödəməyən Ermənistanın qurumdan xaric edilməli olduğunu bildirib. O qeyd edib ki, İrəvanın fəaliyyətini "dondurmasına" baxmayaraq tamhüquqlu üzv kimi qalması qərarların konsensusla qəbul edilməsi prosesində çətinlik yaradır. Bordyujanın sözlərinə görə, İrəvan ya özü təşkilatdan çıxmalı, ya da KTMT-dən kənarlaşdırılmalıdır. 

Qeyd edək ki, təşkilatın hazırkı baş katibi Taalatbek Masadıkov da Ermənistanın nizamnaməni pozması səbəbindən onun qurumdan çıxarılması məsələsinin noyabrda keçiriləcək sammitdə qaldırıla biləcəyini bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31