Aİ-də hakimiyyətin fon der Leyenin əlində mərkəzləşdirilməsi təklif olunur-ÖZƏL
11:24 DünyaAvropalı rəsmilər Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyenin səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutan islahat təklifləri hazırlayıblar. Olaylar.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Təkliflərə Komissiyanın Baş Katibliyinin səlahiyyətlərinin artırılması, yeni Aİ agentliklərinin yaradılmasına moratorium və mövcud qurumların strukturunun nəzərdən keçirilməsi daxildir. Həmçinin bürokratiyanın azaldılması və köhnəlmiş qanunvericiliyin yenidən nəzərdən keçirilməsi üçün süni intellektdən istifadə təklif olunur.
Plana əsasən, yüksək vəzifəli rəhbərlər üçün beşillik rotasiya da nəzərdə tutulur. Sənəd hələ təsdiqlənməyib, lakin adı açıqlanmayan rəsmilərin sözlərinə görə, ilin sonuna qədər hazırlanacaq yekun hesabata təsir göstərə bilər.