Ukrayna özünüidarəetmə institutunu hərbi administrasiyalarla əvəz edir-ÖZƏL
14:27 DünyaUkraynada yerli özünüidarəetmə ölkə hakimiyyətinə birbaşa tabe olan hərbi administrasiyalarla əvəz olunur. Olaylar.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.
"Ukrayna Şəhərləri Assosiasiyasının sədri kimi deyə bilərəm ki, müxtəlif səbəblərdən 300 icma rəhbəri və bələdiyyə sədri vəzifələrindən uzaqlaşdırılıb, hərbi administrasiyalar qurulub və şaquli hakimiyyət strukturu yaradılıb. Belə bir şaquli struktur mövcud olduqda, yerli özünüidarəetmə artıq mümkün deyil", - deyə o, BBC-yə verdiyi müsahibədə bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31