Kallas: Avropa ilə ABŞ arasında münasibətlər "çox mürəkkəbdir" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Avropa Şurasının iclası ərəfəsində ABŞ administrasiyasının son qərarlarını şərh edərkən Avropa ilə ABŞ arasındakı münasibətləri "çox mürəkkəb" kimi qiymətləndirib. Kallas jurnalistlərə bildirib ki, Aİ amerikalı müttəfiqlərini Moskvaya təzyiqi artırmağın zəruriliyinə inandırmağa çalışır. 

O vurğulayıb ki, məqsəd yalnız hazırkı müharibəyə son qoymaq deyil, həm də Rusiyanın yeni müharibələr başlatmasının qarşısını almaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31