"Müxalifətin qadağan olunması ölkəni fəlakətə aparır" – Viktor Kipiani – ÖZƏL
14:33 DünyaOlaylar.az xəbər verir ki, müxalifət partiyalarının məhkəmə qaydasında qadağan edilməsi siyasi prosesi sıfıra endirir, seçkilər vasitəsilə dəyişiklikləri runsüz edir və radikallaşma riskini kəskin artırır. Bu barədə "Əvvəlcə Gürcüstan" siyasi birliyinin sədri Viktor Kipiani bildirib.
Hakimiyyəti olası təhlükələri dərk etməyə çağıran Kipiani vurğulayıb ki, bu təhdidlər gerçəkləşərsə, "qaliblər və məğlublar" bölgüsü formal xarakter daşıyacaq və nəticədə bütün ölkə uduzacaq. O, hələ vaxt var ikən prosesi dayandırmağa və ölkənin siyasi inkişafına imkan yaratmağa çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31