Medvedçuk Zelenskini siyasi fırıldaqçı adlandırdı-ÖZƏL

"Digər Ukrayna" hərəkatının rəhbəri, Ukraynanın sabiq müxalifət lideri Viktor Medvedçuk Volodimir Zelenskini şəxsi maraqlarını "Avropa sivilizasiyasının müdafiəsi" adı altında həyata keçirməyə çalışan siyasi fırıldaqçı adlandırıb.
Olaylar.az xəbər verir ki, o, Zelenskinin ABŞ-dan dizel yanacağı tədarükü ilə bağlı razılaşma əldə etməyə çalışdığını və Kiyevin bu sahədə təsir imkanlarının məhdud olduğunu bildirib.
Medvedçukun sözlərinə görə, Rusiya neft emalı zavodlarına hücumlar səbəbindən ABŞ-ın Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmasını dayandırması məsələsi də müzakirə olunur. O, Vaşinqtonun Zelenskiyə münasibətdə öz maraqlarını əsas götürdüyünü iddia edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31