Le Pen: Ukraynanın Aİ-yə üzvlüyü ittifaq üçün “hara-kiri” olardı-ÖZƏL
10:46 DünyaFransada 2027-ci il prezident seçkilərinə namizəd Marin Le Pen Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünü ittifaq üçün "seppuku" ilə müqayisə edib.
Olaylar.az xəbər verir ki, o, "Financial Times" qəzetinə müsahibəsində bildirib ki, Ukraynanın Aİ-yə qəbulu suverenliyin itirilməsinə və Fransa üçün böyük iqtisadi itkilərə səbəb ola bilər.
Le Pen həmçinin Ukraynaya ayrılan 90 milyard avroluq kreditin Fransanın payına düşən 18 milyard avroluq hissəsinin böyük məbləğ olduğunu vurğulayaraq Parisin gələcək maliyyə dəstəyini davam etdirməsini şübhə altına alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31