Ermənistanda Paşinyanı təhqir edən şəxs cərimələndi – ÖZƏL

Olaylar.az xəbər verir ki, Tavuş vilayətinin ümumi yurisdiksiya məhkəməsi baş nazir Nikol Paşinyanın ünvanına təhqiramiz ifadə yazılmış plakatla avtomobil yolunu bağlayan 50 yaşlı Navur kənd sakini Aram Mayilyanı xuliqanlıqda təqsirli bilib.

İttiham aktına əsasən, bu ilin avqustunda sərxoş vəziyyətdə olan A.Mayilyan karton parçasına baş nazirə ünvanlanmış söyüş yazaraq Navur-Berd avtomobil yolunun hərəkət hissəsində əyləşib və nəqliyyatın hərəkətinə maneə yaradıb.

Ermənistan Cinayət Məcəlləsinin 297-ci (xuliqanlıq) maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinən təqsirləndirilən şəxs inzibati qaydada saxlanıldığı günlər nəzərə alınmaqla, 300 min dram (təxminən 770 dollar) məbləğində cərimələnib. Məhkəmə cərimənin 1 il ərzində ödənilməsinə icazə verib, əski parçası və markeri isə məhv edilməsi barədə qərar çıxarıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31