Polşalı deputat Koval: Varşava Ukraynadakı hadisələrə görə 500 milyard avro itirib-ÖZƏL

Polşa Ukraynadakı münaqişə səbəbindən təxminən 500 milyard avro itirib. Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna ilə əməkdaşlıq üzrə parlament komissiyasının rəhbəri və hakim Vətəndaş Koalisiyası partiyasından Seym (parlamentin aşağı palatası) üzvü Pavel Koval Polsat televiziyasına verdiyi müsahibədə bildirib.
"Polşa təxminən 500 milyard avro itirib", - deyə o bildirib. Siyasətçinin sözlərinə görə, bu hesablamalar "[Polşa] Baş Statistika İdarəsinin rəhbəri ilə birgə yaradılmış iqtisadçılar qrupu" tərəfindən aparılıb. Koval əlavə edib ki, nəticədə əldə edilən məlumatlar "açıq şəkildə göstərir ki, hətta Polşa kimi üçüncü ölkələr də münaqişədən əziyyət çəkir". O, xəbərdarlıq edib ki, "artıq bu məsələ ilə bağlı səssiz qala bilmərik".
O, Polşa itkilərinin hesablamalarının necə aparıldığını deməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31