ŞOK QƏRAR: Bu səhvi edən sürücüləri 400 avro CƏRİMƏ gözləyir

2026-cı il oktyabrın 5-i bazar ertəsindən etibarən İspaniyada yükdaşıyanlar rəqəmsallaşdırılmış inzibati nəzarət sənədinə malik olmalıdırlar. Sahə nümayəndələri hakimiyyət orqanlarından cərimələr tətbiq olunmazdan əvvəl keçid dövrünün ayrılmasını və yoxlamaların maarifləndirici xarakter daşımasını xahiş edirlər.

Musavat.com xəbər verir ki, bu barədə "Libertatea" nəşri məlumat verib.

İndiyədək sözügedən sənəd kağız talon şəklində saxlanılırdı.

Sürücünün şəxsiyyətini, daşınan yükü, onun çəkisini, sifarişçi şəxsi, habelə marşrut və nəqliyyat vasitəsi haqqında digər məlumatları təsdiqləmək üçün həmin sənəd səlahiyyətli orqanların tələbi ilə təqdim edilməli idi.

Lakin indi bu sənəd restoran menyularında istifadə olunan sistemə bənzər QR-kodla əvəzlənəcək.

Ənənəvi kağız üsulundan istifadə etməyə davam edən daşıyıcılar 401 avro məbləğində cərimələnə bilərlər.

Qalisiyanın "Vieiros" Daşıyıcılar Assosiasiyasının baş katibi Alberto Vila dəyişikliklərin müəyyən çətinliklər yarada biləcəyini istisna etməsə də, yeni qaydaların şamil olunduğu şəxsləri arxayınlaşdırıb.

"Mobil tətbiqlərdən istifadə etmək "Amazon"dan alış-veriş etməkdən və ya "Renfe"dən bilet almaqdan daha asandır", - deyə o bildirib.

O qeyd edib ki, yeni tənzimləmə bütün sahələri əhatə edən ümumi rəqəmsallaşma prosesinin bir hissəsidir.

Assosiasiya nümayəndəsi hakimiyyəti səbirli olmağa və belə yeniliklərin adaptasiya dövrü tələb etdiyini nəzərə almağa çağırıb: "Biz xahiş edirik ki, ilk həftələrdə aparılan yoxlamalar maarifləndirici mahiyyət daşısın və cərimə sanksiyaları ilə nəticələnməsin".

Eyni zamanda, tam rəqəmsal sənədləşməyə keçid öhdəliyi bəzi sürüclər arasında narahatlıq və narazılığa səbəb olub.

"İspaniya bu addımı Avropanın digər ölkələri ilə müqayisədə daha tez atmağa tələsdi. Hələlik bu qayda yalnız ölkədaxili daşımalara şamil olunur. Sürücü Mülki Qvardiya ("Guardia Civil") əməkdaşları tərəfindən saxlanıldıqda, əgər daşımanın təyinat və ya çıxış məntəqəsi başqa ölkədirsə, sənədləri kağız formada təqdim etmək hüququ saxlanılır", - deyə məqalədə vurğulanır.

Lakin bu istisna müvəqqəti xarakter daşıyır. Müvafiq qaydanın yaxın 1-2 il ərzində Avropa Komissiyası tərəfindən bütün Aİ ölkələri üçün qəbul ediləcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31