Rusiya eks-müdafiə naziri Reznikov və Mixail Fedorovu beynəlxalq axtarışa verib – ÖZƏL
12:53 DünyaOlaylar.az xəbər verir ki, Rusiya İstintaq Komitəsi Ukraynanın keçmiş müdafiə naziri Aleksiy Reznikov və rəqəmsal transformasiya naziri Mixail Fyodrovun Donbasdakı hərbi əməliyyatlarda iştirakını müəyyən edərək onları beynəlxalq axtarışa verildiyini elan edib. Qurumun məlumatına görə, onlar 2021-2023 və 2026-cı illərdə mülki əhalinin ölümünə, xəsarət almasına və mülki infrastrukturun dağılmasına səbəb olan cinayətkar əmrlər verməkdə ittiham olunurlar.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynada başlatdığı hərbi əməliyyatların məqsədini Donbas əhalisinin müdafiəsi, ölkənin demilitarizasiyası və cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsi kimi bəyan etsə də, Qərb dövlətləri buna cavab olaraq Moskvaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib.