Stubb: Aİ Rusiya ilə dialoqdan çəkinməməlidir ÖZƏL

Olaylar.az xəbər verir ki, Finlandiya Prezidenti Aleksandr Stubb Avropa İttifaqının Rusiya ilə dialoq kanallarını bərpa etməli olduğunu bildirib.

O, Lüksemburqun RTL telekanalına müsahibəsində deyib ki, Ukrayna münaqişəsi ilə bağlı kommunikasiya ABŞ-a həvalə edilib. Stubbun sözlərinə görə, Avropa bir mərhələdə Rusiya ilə dialoq üçün "səssiz düyməni" basmağı dayandırmalı və diplomatiyanın danışıqlar və güzəştlər tələb etdiyini anlamalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31