Zurabişvili Qərb diplomatlarını daha fəal olmağa çağırdı – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili Parisdə diplomatik korpus nümayəndələri ilə görüşərək Avropanın ölkədəki mövqeyinin daha fəal və aydın şəkildə ifadə edilməsinin vacibliyini bildirib. O qeyd edib ki, ölkəyə yeni gələn diplomatlar hakimiyyətin etirazçılara qarşı sərt münasibətini görərək ehtiyatlı davranmağa çalışırlar. 

Zurabişvilinin sözlərinə görə, cəmiyyətin ehtiyacı uyğunlaşmaq yox, ölkə daxilində Avropanın qətiyyətli səsinin ucalması və diplomatların daha cəsarətli addımlar atmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31